Həsən bürünc medal şansını əldən verdi
XXX London Yay Olimpiya Oyunlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Həsən Əliyev finala yüksələ bilməyib.

Stiqa-Andre Berqe (Norveç) və Jihyun Cunq (Koreya Respublikası) üzərində inamlı qələbə qazanan H.Əliyev yarımfinalda Ravaş Laşxiyə (Gürcüstan) məğlub olaraq, bürünc medal uğrunda rusiyalı Zaur Kuraməhəmmədovla qarşılaşıb.

Lakin idmançımız bu şansını da əldən verərəkməğlub olub (0:2, 0:2).

Xəbər 917 dəfə oxundu.