21 yaşadək futbolçulardan ibarət Estoniya millisinin heyəti açıqlanıb
21 yaşadək futbolçulardan ibarət Estoniya millisinin heyəti açıqlanıb. Avqustun 15-də keçiriləcək yoxlama oyununda yığmamızla qarşılaşacaq Baltikyanı ölkə təmsilçisinin baş məşqçisi Frank Bernhardt ölkəmizə 18 futbolçu gətirəcək. Heyətdə Hollandiya “Vitess”i və Norveç “Vikinq”inin oyunçuları da var.

Qapıçılar: Marko Meerits (“Vitess”, Hollandiya), Mait Toom (“Flora”)

Müdafiəçilər: Mikk Reintam (“Yuvaskulya”, Finlandiya), Andrey Veys (“Paide Linnameeskond”), Karol Mets (“Flora”), Aleksandr Kulinits, Artyom Artyunin, Maksim Podholyuzin (hamısı “Levadiya”)

Yarımmüdafiəçilər: Meelis Peytre, Karl-Erik Luigend, Karl Myuul (hamısı “Flora”), Siim Tenno (“Tammeka”), Marek Kalyumae, İlya Antonov, İqor Subbotin (hamısı “Levadiya”)

Hücumçular: Rauno Alliku (“Flora”), Artur Ryattel (“Levadiya”), Henri Anier (“Vikinq”, Norveç)

Qeyd edək ki, Bayıl qəsəbə stadionunda keçiriləcək matç arenanın açılış oyunu olacaq.

Xəbər 951 dəfə oxundu.