Neven Zuqaj: "Misirli rəqibimlə ilk görüşdə hər şey yaxşı oldu"
“Əslində, Olimpiadanın 1/8 finalına çıxmağın özü də mənim üçün yaxşı nəticədir. Misirli rəqibimlə ilk görüşdə hər şey yaxşı oldu” Bu sözləri xorvatiyalı güləşçi Neven Zuqaj deyib.

XXX Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə yarışlarının 1/8 finalında mübarizəni dayandıran atlet Azərbaycan təmsilçisi Emin Əhmədova məğlubiyyətinə bəhanə tapıb: “Azərbaycanlı güləşçi ilə görüşə isə hazır deyildim. Çünki yarım saata 2 dəfə döşək üzərinə çıxmalı oldum. Yenicə duşdan çıxmışdım ki, Əhmədovla görüşməli oldum. Həm fiziki, həm də psixoloji cəhətdən buna hazırlaşa bilmədim”.

Xəbər 1075 dəfə oxundu.