Rumıniya çempionatında faciə qeydə alınıb
Rumıniya çempionatında faciə qeydə alınıb. II divizionda çıxış edən “Delta” klubunun futbolçusu Henri Yelevere oyun zamanı ölüb. Nigeriyalı legioner artıq oyunun başlamasından 15 dəqiqə sonra özünü pis hiss edib. Özünü yetirən həkimlər də futbolçunun həyatını xilas edə bilməyib. Onlar yarım saat çalışsa da, afrikalı futbolçunu həyata qaytara bilməyiblər.

Xəbər 1171 dəfə oxundu.