Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bir daha bəyan edib ki, Tokio Yay Olimpiya və Paralimpiya oyunları planda nəzərdə tutulduğu kimi cari ildə keçiriləcək.

BOK prezidenti bu barədə qurumun İcraiyyə Komitəsinin üç gün davam edən virtual iclasından sonra təşkil edilən mətbuat konfransında deyib.

T.Bax bildirib ki, hazırda BOK digər maraqlı tərəflərlə sıx əməkdaşlıq şəraitində Tokio Oyunlarına hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.

BOK prezidenti qeyd edib ki, o, Tokioya gələn ayın ortalarında - iyulun 23-də keçiriləcək açılış mərasimi ərəfəsində gedəcək. Bu səfər Yaponiyada müəyyən edilmiş karantin qaydalarına uyğun olaraq həyata keçiriləcək.

Xəbər 391 dəfə oxundu.