Rövşən Bayramov ikinci olimpiya gümüşünü qazandı
XXX London Yay Olimpiya Oyunlarında 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov gümüş medal qazanıb.

Minqiyan Simyonov (Rusiya), Tomas Manqo (ABŞ) və Li Şujin (Çin) üzərində inamlı qələbə qazanan R.Bayramov yarımfinalda Koreya Respublikasının idmançısı Qyujin Çoini məğlub edərək həlledici mərhələyə adlayıb. Finalda güləşçimizin rəqibi İran idmançısı Həmid Muhəmməd Reyhanpur olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Rövşən Bayramov qələbə qazana bilməyib, Olimpiadanın gümüş medalı ilə kifayətlənməli olub.

Qeyd edəki ki, R.Bayramov dünya və ikiqat Avropa çempionudur, hərbçilər arasında dünya çempionatının qalibidir və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarnın gümüş mükafatçısdır.

Xəbər 6687 dəfə oxundu.