Formula 1 Azərbaycan Qran-Prisi: Dörd komanda tam heyətlə sıralanma turunda mübarizə aparır
Daha bir pilot Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna mübarizəni dayandırıb.

Bu dəfə “McLaren”in pilotu Daniel Rikkardo 3-cü döngədə qəza törədib və mübarizəni dayandırıb.

Qeyd edək ki, 4 komanda – “Red Bull Racing”, “Mercedes”, “Ferrari” və “Alpha Tauri” tam heyətlə sıralanma turunda mübarizə aparır.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışırlar.

İyunun 6-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Xəbər 413 dəfə oxundu.