Azərbaycan olimpiyaçılarının axırıncı qrupu Londona yollandı

Avqustun 4-də Azərbaycan olimpiyaçılarının axırıncı qrupu Londona yola düşmüşdür. Heydər Əliyev Beynəlxalq aeroportunda Azərbaycan yığmasının üzvlərini – taekvondoçuları, güləşçiləri, habelə idman qurumları əməkdaşlarını idman həvəskarları yola salmış, onlara Vətənə qələbə ilə qayıtmağı arzulamışlar. Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov idmançılarımızın London olimpiadasında yaxşı çıxış edəcəklərinə və ölkənin idman salnaməsinə parlaq səhifələr əlavə edəcəklərinə ümidvar olduqlarını bildirmişlər.

AzərTAc

Xəbər 1066 dəfə oxundu.