Camal Rəhimov da mübarizəyə başlayır

XXX London Yay Olimpiya Oyunlarında yeganə azərbaycanlı çapar Camal Rəhimov bu gün mübarizəyə qoşulacaq. Camal şəxsi konkur yarışlarında özünü yoxlayacaq.

O, Olimpiadada 9 yaşlı Uarrior adlı atla çıxış edəcək. Bu növdə yarışa idmançılar saat 14:30-da başlaşacaq.

Qeyd edək ki, ilk təsnifat mərhələsində 60 çapar iştirak edəcək və onların hamısı II təsnifat mərhələsinə yüksələcək. Daha sonra ilk 2 mərhələnin nəticəsinə əsasən 45 ən güclü idmançı III təsnifat mərhələsinə vəsiqə qazanacaq. Burada isə 35 atçıdan ilk “20-lik”də yer alanlar həlledici mərhələyə çıxacaqlar. Onlar ən yaxşı nəticəni göstərəcək 3 çapar Olimpiya medalına sahib olacaq.

Xəbər 1437 dəfə oxundu.