Teymur medalın bir addımlığında
91 kq çəki dərəcəsində boksçuların yarışında Azərbaycan idmançısı Teymur Məmmədov 1/8 finalda Tapu Opetaya Cayla (Avstraliya) ilə qarşılaşıb.

Bərabər keçən ilk raund heç-heçə başa çatıb – 5:5. İkinci hissə də eyni ssenari ilə davam edib və hər 2 idmançının 4 zərbəsi dəqiq olub – 9:9.

Qalib üçüncü raundda müəyyənləşib. Son 3 dəqiqədə daha dəqiq olan Məmmədov 3:2 hesabı ilə rəqibini məğlub edib. Yekun nəticədə isə 12:11 hesabı ilə əzmkar qələbə qazanan Teymur 1/4 finala yüksəlib.

Xəbər 1293 dəfə oxundu.