Boksçumuzun qələbəsi əlindən alındı

XXX Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun (56 kq) qələbəsi əlindən alınıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunsa da, təşkilatçılar sonradan nəticəni ləğv ediblər.

İlk raundu öndə (4:2) başa vuran Məhəmməd ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub.

Abdulhəmidov bu qələbə ilə 1/4 finala yüksəlsə də, sonradan Hakimlər Kollegiyasının qərarına əsasən yaponiyalının qalib elan edilib.

Qeyd edək ki, boksçularımızdan bunadək Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Vətən Hüseynli (81 kq) mübarizəni dayandırmışdılar.

Xəbər 1270 dəfə oxundu.