Lens Stroll: Mənim nəzərimdə Bakı trasının xüsusi yeri var | |
Formula 1 çempionatının “Aston Martin” komandasının iki pilotunun payına ümumilikdə Bakıda üç podium düşüb. Komanda bu mərhələyə nikbinliklə yola düşür, lakin bu dəfə podium çətin ki, mümkün olacaq. Komandanın pilotu Lens Stroll deyib: “Mənim nəzərimdə Bakı trasının xüsusi yeri var. Burada mən ilk dəfə olaraq, Formula 1-in podiumuna qalxmışam. Konfiqurasiya mürəkkəbdir, uzun məsafəli düz yol dolanbac orta sektorla birləşir ki, burada da səhvlər çox baha başa gələ bilər. Biz AMR21-dən daim daha çox mənimsəmək və Monakodan sonra uğuru inkişaf etdirmək istəyirik”. Komandanın digər pilotu Sebastyan Fettel də fikirlərini bölüşüb: “Monakodan sonra biz daha bir şəhər halqasında – Bakıda yürüş keçirəcəyik. Lakin bizi orada başqa çağırış gözləyir. Orada ötmə əməliyyatı yerinə yetirmək mümkündür, şinlərin yırtılması isə əsas amildir. Şənbə günü yaxşı nəticələr əvvəlki kimi mühümdür. Lakin dolanbac hissə ilə sürətli sahələr arasında sazlamada optimal balans və yaxşı strategiya uğurlu yürüşün təminatı olacaq. Biz Bakıya Monakodakı uğurlu uik-enddən sonra gedəcəyik və bu tempi qoruyub saxlamaq istəyirik”. AZƏRTAC |
|
Xəbər 431 dəfə oxundu. |
|
|