Soltan bu gün döyüşəcək

Azərbaycan boksçusu Soltan Migitinovun (75 kq) bu gün London Olimpiadasında növbəti döyüşünə çıxacaq.

İlk döyüşündə misirli Məhəmməd Hikala 20:12 hesabı ilə qalib gələn idmançımız 1/8 final mərhələsində braziliyalı Florentino Falkao ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Migitinov mərhələ adlayarsa, Mujandjae Kasuto (Namibiya) – Zoltan Harksa (Macarıstan) cütünün qalibi ilə döyüşəcək.

Xəbər 1104 dəfə oxundu.