Elmar cüdomuzun imicini xilas edə biləcəkmi?
Bu gün London Olimpiadasında sonuncu Azərbaycan cüdoçusu tatamiyə çıxacaq. Ən ağır çəkidə təmsilçimiz olan Elmar Qasımov (100 kq) 1/16 finaldan mübarizəyə qoşulacaq.

Onun rəqibi qazaxıstanlı Maksim Rakov olacaq. Döyüşə saat 13:30-da start veriləcək. Həmyerlimiz qalib gələrsə, Daniel Brata (Rumıniya) – Levan Jorjoliani (Gürcüstan) cütünün güclüsü ilə güləşəcək.

Qeyd edək ki, Elmardan öncə London tatamisinə çıxan 7 cüdoçumuz məğlub olub.

Xəbər 1059 dəfə oxundu.