Millimiz Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunları keçirəcək
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlayıb.

Millimiz mayın 31-dək Bakıda, iyunun 1-dən 3-dək Belarusun Minsk, 3-dən 6-dək isə Moldovanın Kişineu şəhərində hazırlıq keçəcək.

U-19 hazırlıq çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Millimiz iyunun 2-də Belarusun U-19, iki gün sonra və ayın 6-da isə Moldovanın U-19 komandası ilə qarşılaşacaq.


Xəbər 371 dəfə oxundu.