5-12 avqust 2012-ci il tarixdə Londonda güləş yarışları keçiriləcək
XXX Yay Olimpiya Oyunları çərçivəsində 5-12 avqust 2012-ci il tarixdə Londonda güləş yarışları keçiriləcək. Məlum olduğu kimi, Azərbaycan güləşçiləri 13 çəki dərəcəsində Olimpiya lisenziyası qazanıb. İdman.com.az saytının məlumatına görə, bu çəki dərəcələrində ölkəmizi kimlərin təmsil edəcəyi artıq dəqiqləşib.

Yunan-Roma güləşi üzrə yığma komandamız məşqçilər Salih Bora, Şaban Donat və Mutalib Yerlikayanın rəhbərliyi altında 5 çəkidə mübarizə aparacaq.

55 kq – Rövşən Bayramov
60 kq – Həsən Əliyev
74 kq – Emin Əhmədov
84 kq – Saman Təhmasibi
96 kq – Şalva Qadabadze

Baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi qadın güləşi yığmamız iki çəkidə lisenziya qazanıb.

48 kq – Mariya Stadnik
55 kq – Yuliya Ratkeviç

Sərbəst güləş üzrə yığmamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi Elman Əsgərovun rəhbərliyi altında 6 çəki dərəcəsində olimpiya medalları uğrunda yarışacaq.

60 kq – Toğrul Əsgərov
66 kq – Cəbrayıl Həsənov
74 kq – Əşrəf Əliyev
84 kq – Şərif Şərifov
96 kq – Xetaq Qazyumov
120 kq – Cəmaləddin Məhəmmədov

Yarışların proqramına əsasən, 5-7 avqustda yunan-Roma güləşçiləri, 8-9 avqustda qadınlar, 10-12 avqustda isə sərbəst güləşçilər arasında Olimpiya mükafatçıları bəlli olacaq.

5 avqust, bazar
Yunan-Roma güləşi: 55 və 74 kq

6 avqust, bazar ertəsi
Yunan-Roma güləşi: 60, 84, 120 kq

7 avqust, çərşənbə axşamı
Yunan-Roma güləşi: 66 və 96 kq

8 avqust, çərşənbə
Qadın güləşi: 48 və 63 kq

9 avqust, cümə axşamı
Qadın güləşi: 55 və 72 kq

10 avqust, cümə
Sərbəst güləş: 55 və 74 kq

11 avqust, şənbə
Sərbəst güləş: 60, 84, 120 kq

12 avqust, bazar
Sərbəst güləş: 66 və 96 kq

Xəbər 1271 dəfə oxundu.