Cüdo üzrə Azərbaycan millisinin daha bir üzvü bu gün tatamiyə çıxacaq
London Olimpiadasında uğursuz çıxış edən cüdo üzrə Azərbaycan millisinin daha bir üzvü bu gün tatamiyə çıxacaq. İdman.com.az saytının məlumatına görə, Ağayar Axundzadənin yetirmələrindən Elxan Məmmədov (90 kq) yarışın arxada qalan 4 gündə qeydə alınan məğlubiyyətlərin qisasını almaq üçün mübarizəyə 1/16 finaldan start verəcək.

O, ilk cəhdində Kristof Lamberti (Almaniya) sınağa çəkəcək. Bu görüş saat 13:44-də olacaq.

Məmmədov qalib gələcəyi halda, Dae-Nam Sonq (Cənubi Koreya) – Yuan Romero (Uruqvay) cütünün qalibi ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Olimpiadaya lisenziya qazanan 8 cüdoçumuzdan 6-sı Londonda məğlubiyyətə üzülüb.

Xəbər 1278 dəfə oxundu.