Yelena Çalıx bu gün London Olimpiadasında növbəti sınağına çıxacaq
Azərbaycan idmançısı Yelena Çalıx bu gün London Olimpiadasında növbəti sınağına çıxacaq.İdman.com.az saytının məlumatına görə, veloşosse turnirində uğursuz çıxış edən və finiş xəttinə çata bilməyən 38 yaşlı velosipedçimiz bu dəfə ayrı-ayrı start götürməklə fərdi yarışlarda nəyə qadir olduğunu göstərəcək.

Mübarizə saat 16:30-da start götürəcək.

Xəbər 1037 dəfə oxundu.