Aleksandr Aleksandrov final mərhələsinin bir addımlığındadır
Olimpiya tariximizdə yeni parlaq səhifə açmağa hazırlaşan akademik avarçəkənimiz Aleksandr Aleksandrov final mərhələsinin bir addımlığındadır. İdman.com.az saytının məlumatına görə, kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən idmançımız bu gün London Olimpiadasının yarımfinal mərhələsində gücünü yoxlayacaq.

2000 m məsafəyə yürüşdə 22 yaşlı Aleksandrovun rəqibləri Lianq Janq (Çin), Santiaqo Fernandez (Argentina), Ondrej Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya) və Tim Maeyens (Belçika) olacaq. 6-cı yürüş zolağında mübarizə aparacaq idmançımız start xəttinə saat 15:30-da çıxacaq.

Qeyd edək ki, yarımfinal mərhələsi hərəsində 6 idmançı olmaqla 2 qrupda keçirilir. Qrupda ilk “3-lük”də yer alacaq avarçəkənlər finala yüksələcək, digərləri isə 7-12-ci yerlər uğrunda yarışmaq məcburiyyətində qalacaqlar.

Xəbər 1274 dəfə oxundu.