Yaponiya hökuməti xarici nümayəndə heyətlərinin sayını yarıyadək azaltmaq niyyətindədir
Yaponiya hökuməti Tokio Olimpiadası və Paralimpiadasında iştirak edəcək xarici nümayəndə heyətlərinin sayını yarıyadək azaltmaq niyyətindədir.

Kyodo xəbər agentliyi xəbər verir ki, idmançılar istisna olmaqla, nümayəndə heyətlərində yer alacaq xarici qonaqların sayı 78 min nəfərdən çox olmayacaq. Onu da qeyd edək ki, keçən il Tokio Olimpiadasının təxirə salınması qərarından əvvəl Yaponiyaya gələcək nümayəndə heyətlərində təxminən 180 min xarici qonağın yer alacağı ehtimal edilirdi.

Xarici ölkələrin rəhbərliyinin nümayəndələrinə Yaponiyada qısa müddətdə qalmaq, ictimai nəqliyyatdan istifadə etməmək, eləcə də Tokiodan kənara səfərə getməmək tövsiyə ediləcək. Tokio Olimpiadasına gələcək nümayəndə heyətləri bu tələbləri yerinə yetirməyə razı olacaqları və koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim edəcəkləri təqdirdə, Yaponiyaya gəldikdən sonra ikihəftəlik karantinə alınmayacaqlar.

AZƏRTAC

Xəbər 401 dəfə oxundu.