İndoneziya komandasının Bakıda keçiriləcək turnir üçün heyəti açıqlanıb
Azərbaycan Gimnastika Federasiyası ilk dəfə aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarını təşkil edəcək.

Sayca 9-cu olan bu yarış mayın 21-23-də Milli Gimnastika Arenasında keçiriləcək. İlkin qeydiyyat siyahısına əsasən, yarışlarda 18 ölkədən gimnastlar iştirak edəcəklər.

İndoneziya komandasının Bakıda keçiriləcək turnir üçün heyəti açıqlanıb. Heyətdə iki idmançı - Visnu Kaleb Kristian və Vulan Septiani yer alıb.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.

Hər iki yaş qrupunda gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə təsnifat və final mərhələlərində çıxış edəcəklər. Bununla yanaşı, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayacaqlar.

Xəbər 402 dəfə oxundu.