Yaponiyada Tokio Olimpiadasının təxirə salınmasının tərəfdarlarının sayı rekord həddə çatıb | |
Yaponiya sakinlərinin ən azı 43 faizi cari ilin yayında keçirilməsi planlaşdırılan Tokio Olimpiadasının təxirə salınmasını məqsədəuyğun hesab edir. Bu, “Asahi Shimbun” qəzetinin mayın 17-də dərc etdiyi sosial sorğunun nəticələrinə əsasən məlum olub. Məlumatda vurğulanıb ki, bu, son vaxtlar keçirilmiş sosial sorğular zamanı müəyyən edilən ən yüksək göstəricidir. Aprel və mart aylarında keçirilmiş sorğular zamanı Olimpiadanın təxirə salınmasının lehinə respondentlərin müvafiq olaraq 35 və 33 faizi səs vermişdilər. Olimpiadanın əleyhinə olanların böyük əksəriyyəti 60 yaşdan yuxarı olanlardır – 54 faiz. Bununla yanaşı, yaponların 40 faizi yarışların növbəti dəfə təxirə salınmasını dəstəkləyir. Bu apreldə olduğundan 6,6 faiz çoxdur. Həmçinin hökumətin və təşkilat komitəsinin Oyunları bu yay keçirməyə çalışmasını dəstəkləyən Yaponiya sakinlərinin sayı son bir ayda iki dəfədən çox azalaraq 28 faizdən 14 faizə düşüb. Qəzet sorğunu mayın 15-16-da mobil, stasionar telefon və internet vasitəsilə aparıb. Sorğuda təqribən 1500 nəfər iştirak edib. Xatırladaq ki, koronavirus pandemiyasına görə ötən il təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının bu il avqustun 23-dən sentyabrın 5-dək təşkili planlaşdırılır. Martın 20-də qəbul edilən qərara əsasən, əcnəbi tamaşaçılar yarışlara buraxılmayacaq. Yapon tamaşaçıların iştirakı barədə qərar isə iyunda, ölkədə koronavirusla bağlı vəziyyət araşdırıldıqdan sonra qəbul olunacaq. |
|
Xəbər 441 dəfə oxundu. |
|
|