Elnur uduzmadı, lakin mübarizəni dayandırdı
Bu gün olimpiya oyunlarında cüdo üzrə olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) və Ramilə Yusubova (63 kq) mübarizəyə qoşulsalar da uğur qaana bilməyiblər. Mübarizəyə 1/32 final mərhələsindən başlayan Elnur kanadalı Antuan Val-Forte ilə qarşılaşıb.

Görüşün əsas vaxtında idmançılar xal qazana bilmədiklərindən və hərəsi 1 xəbərdarlıq aldığından əlavə vaxta ehtiyac duyulub. Burada da cüdoçular fənd tətbiq edə bilməyib və yekunda hakimlər daha aktiv olan kanadalını qalib elan ediblər. Nəticədə Pekində bütün görüşlərini ipponla bitirən Məmmədli Olimpiada ilə erkən vidalaşıb.

Qadınlar
63 kq
Məmmədli ilə eyni vaxtda tatamiyə Ramilə Yusubova çıxıb. Xanım idmançımız Olimpiya çempionu ilə müqayisədə əzmkarlıq nümayiş etdirərək, qələbə qazanıb. Dünya çempionatının mükafatçı 1/16 finalda türkmənistanlı Gülnar Haytbayevanı mübarizədən kənarlaşdırıb. O, rəqibinə yuko və vazari ilə qalib gəlib.

Həmyerlimiz 1/8 finalda daha güclü olan cənubi koreyalı Da-Vun Younqla üz-üzə gəlib. Təəssüf ki, ilk dəqiqələrdən üstünlüyə yiyələnən asiyalı sonda Yusubovanın hələ zəif olduğunu müəyyənləşdirib. İpponla uduzan həmyerlimiz isə Olimpiadada çıxışını vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalıb.

Xəbər 1257 dəfə oxundu.