Bolqarıstan çempionu “Ludoqorets” UEFA-ya şikayət edib
Bolqarıstan çempionu “Ludoqorets” UEFA-ya şikayət edib. İdman.com.az saytının məlumatına görə, balkanlılar Çempionlar Liqasının II təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə cavab oyununda baş verənlərdən narazı qalıb. Bolqarlar iddia edir ki, cavab oyunu zamanı klub nümayəndələri Zaqreb stadionunda təzyiqə məruz qalıb. Azarkeşlər qonaqlara pivə qabları atmaqla yanaşı irqçiliklə bağlı təhqirlər də səsləndirib. “Ludoqorets”in şikayətində hakim qərəzinin olduğu da yer alıb.

Xəbər 1108 dəfə oxundu.