“Tottenhem”də transfer çalışmaları davam edir
Portuqaliyalı mütəxəssis Villaş Boaşı komandanın “sükanı arxası”na gətirən “Tottenhem”də transfer çalışmaları davam edir. İdman.com.az saytının İngiltərə mətbuatına istinadən xəbərinə görə, londonlular Fransa milisinin və “Lion”un qapıçısı Huqo Llorisi heyətinə qatmaqda maraqlıdı.

Əgər keçid baş tutsa, komanda hazırkı “1 nömrə”si Bred Fridellə yollarını ayıracaq. Bunu amerikalı əlcək sahibi yerli mətbuata verdiyi açıqlamada da bildirib: “Gələcəyimlə bağlı qərar verməliyəm. Əgər yüksək səviyyədə oynaya bilməyəcəyimi görsəm, karyeramı başa vuracam. Hazırda yaşımla əlaqədar karyeramı MLS-də davam etdirmək barədə düşünürəm”.

Xəbər 1037 dəfə oxundu.