Bu gun Heybətulla Hacəliyev rinqə çıxacaq
XXX Yay Olimpiya Oyunlarının IV yarış günü Azərbaycan boksçularından Heybətulla Hacəliyev (64 kq) rinqə çıxacaq. İdman.com.az saytının məlumatına görə, 21 yaşlı idmançımız yerli vaxtla saat 22:45-də (Bakı vaxtı ilə saat 01:45) Londonda debüt edəcək.

1/16 final mərhələsindən yarışa qatılacaq Hacəliyev (64 kq) Abderrazak Houyanı (Tunis) sınağa çəkəcək.

Qeyd edək ki, London Olimpiadasına 8 boksçu (7 kişi, 1 qadın) ilə yollanan Azərbaycan yığmasının hələlik 3 idmançısı ilk görüşünü keçirib. Onlardan Soltan Migitinov (75 kq) mərhələ adlayıb. Vətən Hüseynlinin (81 kq) və Elvin Məmişzadə (52 kq) 1/16 finalda uduzub.

Xəbər 1254 dəfə oxundu.