Gimnastımız Arzu Cəlilova dünya kubokunda halqa ilə çıxış edib
Azərbaycan təmsilçisi Arzu Cəlilova Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında ilk çıxışını təqdim edib.

Təmsilçimizin halqa ilə çıxışı 20,100 xalla qiymətləndirilib və gimnastımız hazırda 27-ci yerdə qərarlaşıb.

Halqa ilə yarışlara 25,300 xalla belaruslu Alina Harnasko başçılıq edir.

Kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast mübarizə aparır.

Xəbər 376 dəfə oxundu.