Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq | |
Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizə aparacaq. 81 kiloqram çəki dərəcəsində yarışan Murad Fətiyev yarımfinalda macarıstanlı Attila Ungvarıyə məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə Belarus təmsilçisi Yunus Bekmurzaev ilə qarşılaşacaq. Azərbaycanın 10 cüdoçu ilə təmsil olunduğu turnirdə 79 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Cüdoçularımız turnirin birinci gününü medalsız başa vurublar. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 7-dək davam edəcək. |
|
Xəbər 445 dəfə oxundu. |
|
|