"Simurq" futbolçulardan daha biri ilə ilkin razılaşma əldə edib
"Simurq" Avstriyada təşkil olunmuş təlim-məşq toplanışında baxışa dəvət edilmiş futbolçulardan daha biri ilə ilkin razılaşma əldə edib. İdman.com.az saytının məlumatına görə, polşalı qapıçı David Petrzkieviç bu gün Bakıya gələrək tibbi müayinədən keçdikdən sonra, rəsmi müqaviləyə imza atacaq.

24 yaşlı əlcək ustası Polşanın 19 yaşlılardan ibarət milli komandasında da forma geyinib. Onun son klubu "Banik” (Ostrava) kollektivi olub. "Simurq" bu gün Davidlə yanaşı, müdafiəçi Dilavər Zrnanoviç və yarımmüdafiəçi Stjepan Poljakla da münasibətləri rəsmiləşdiriləcək.

Xəbər 1005 dəfə oxundu.