Cüdoçularımız “Böyük dəbilqə” turnirinin birinci gününü medalsız başa vurublar
Azərbaycan cüdoçuları Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci gününü medalsız başa vurublar.

Elçin Hüseynov (66 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq medal şansını əldən verib. Komandamızın digər üzvləri Davud Məmmədsoy (60 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) yarışı erkən tərk ediblər.

Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.

Xəbər 392 dəfə oxundu.