Elvin uduzdu, Vətən gecə döyüşəcək
London Olimpiadasında çıxış edən Azərbaycan boksusu, 52 kq çəki dərəcəsində yarışan Elvin Məmişzadə 1/16 final mərhələsindən mübarizəni dayandırıb. Məmişzadə Bakıda keçirilən dünya çempionatında məğlub etdiyi monqolustanlı Tuqstsoqt Nyambayarla döyüşdə zəif təsir bağışlayıb. Belə ki, görüşün ilk raundunu əks-hücumlar üzərində quran Elvin fasiləyə 1 xal fərqi ilə öndə çıxıb – 5:4. Lakin növbəti hissədə həmyerlimiz üstünlüyü əldən verib. O, sonrakı raundların hər ikisində eyni hesabla (3:7) uduzaraq rinqi 11:18 hesablı məğlubiyyətlə tərk edib.

81 kq
Komanda yoldaşı Elvinlə eyni mərhələdən yarışa qatılacaq Vətən Hüseynli ekvadorlu Karlos Qonqoru Merkado ilə qarşılaşacaq. Boksçumuz Bakı vaxtı ilə saat 01:45-də rinqə çıxacaq.

Xəbər 1168 dəfə oxundu.