FİFA rəhbəri Azərbaycan Prezidenti ilə görüşünü yada salıb
FİFA prezidenti Yozef Blatter Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünü yada salıb. İdman.com.az saytının məlumatına görə, ali futbol qurumunun başçısı “Twitter” sosial şəbəkəsindəki profilində İlham Əliyevlə London Olimpiadasında görüşü haqda təəssüratlarını yazıb: “Mənim Azərbaycan prezidenti İlham Əliyevlə dostcasına söhbətim oldu. Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatı zamanı ora səfərimi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, qızlar arasında dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə keçiriləcək.

Xəbər 935 dəfə oxundu.