Azərbaycan idmançıları Olimpiada tarixində ilk dəfə ağırlıqqaldırma növündə mükafat qazanıb
Azərbaycan idmançıları Olimpiada tarixində ilk dəfə ağırlıqqaldırma növündə mükafat qazanıb.İdman.com.az saytının məlumatına görə, Valentin Xristov (56 kq) ölkəmizdə bu idman növündə ilk medalçı kimi tarixə düşüb.

Bununla, Azərbaycan olimpiyaçılarına medal qazandıran 5-ci idman növü ağırlıqqaldırma olub. Belə ki, indiyədək millimizin qatıldığı 4 Yay Olimpiya Oyunlarında cəmi 4 idman növündə mükafat qazanmışdıq.

Bu növlərdə 4 qızıl, 3 gümüş və 9 bürünc medal olmaqla, 16 mükafat əldə olunmuşdu. 5 növdən isə yalnız 3-də çempionluq sevinci yaşamışıq.

Xristovun qazandığı medal sayca 10-cu – yubiley bürünc olmaqla öz idman növündə ilk kimi qeydə alınıb.

Xəbər 1646 dəfə oxundu.