Azərbaycan Olimpiya millisinin daha 2 boksçusu Londonda debüt edəcək
Azərbaycan Olimpiya millisinin daha 2 boksçusu Londonda debüt edəcək. İdman.com.az saytının məlumatına görə, iyulun 28-də Nəriman Abdullayevin yetirmələrindən Soltan Migitinovun (75 kq) qələbəsindən sonra bu gün Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) rinqə çıxacaqlar.

Kişilər

52 kq
20 yaşlı idmançımız yarışa 1/16 final mərhələsindən qoşulacaq. Məmişzadə Bakıda keçirilən dünya çempionatında məğlub etdiyi monqolustanlı Tuqstsoqt Nyambayarla üz-üzə gələcək. “Baku Fires”in də şərəfini qorumuş rəqiblə döyüş saat 18:30-da başlayacaq.

81 kq
Komanda yoldaşı Elvinlə eyni mərhələdən yarışa qatılacaq Hüseynli ekvadorlu Karlos Qonqoru Merkado ilə qarşılaşacaq.
Boksçumuz rəqibini yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə saat 01:45) sınağa çəkəcək.

Qeyd edək ki, Olimpiadada 7 kişi, 1 qadın boksçumuz gücünü yoxlayacaq.

Xəbər 1034 dəfə oxundu.