Neymar London Olimpiadasında tarixi qola imza atıb
Dünyanın ən istedadlı futbolçularından olan Neymar London Olimpiadasında tarixi qola imza atıb. İdman.com.az saytının məlumatına görə, gənc hücumçunun 2-ci turda Belarusa 3:1 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol Braziliya yığmasının Olimpiadada futbol turnirində vurduğu 100-cü qol olub. Neymar vurduğu qolu olimpiya çempionu Useyn Bolta həsr edib. Belə ki, o, qolunu bayram edərkən, yamaykalının jestini təkrarlayıb.

Qeyd edək ki, Neymar həmin oyunda digər 2 qolda məhsuldar ötürmələr verməklə, oyunun qəhrəmanı olub və yığmasını qrup qalibi kimi 1/4 finala çıxarıb.

Xəbər 1059 dəfə oxundu.