Kapitanın ən uzunmüddətli müqaviləsi
«Mançester Siti»nin kapitanı Vensan Kompani komandası ilə yeni müqavilə imzalayıb. İdman.com.az saytının məlumatına görə, tərəflər arasında saziş 6 illik müddətə bağlanılıb. Bu, klubun tarixində ən uzunmüddətli müqavilədi. Onun həftəlik məvacibi 120 min funt olacaq. Bu isə belçikalının əvvəlki qazancını iki dəfə üstələyir.

Kompani «Mançester Siti»nin kapitanı kimi 2012-ci ildə İngiltərə çempionluğunu yaşayıb. 26 yaşlı müdafiəçi deyir ki, onu «Siti»də hər şey təmin edir. Bu səbəbdən o, heç bir yana getməyin mənasını görmür.
Futbolçu ilə daha əvvəl Münhen «Bavariya»sı da maraqlanırdı.
Kompanii «Siti»yə 2008-ci ildə «Hamburq»dan keçib.


Xəbər 1317 dəfə oxundu.