Bu gün Londonda daha beş idmançımız mübarizəyə qoşulacaq

İyulun 29-da daha 5 Azərbaycan idmançısı XXX London Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.
1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Tərlan Kərimovun (66 kq) ilk rəqibi Rusiya idmançısı Musa Moquşkov olacaq.
Digər idmançılarımız – ağır atlet Valentin Xristov (56 kq), velosipedçi Yelena Çalıx, üzgüçü Oksana Hətəmxanova və güllə atıcısı İradə Aşumova da birincilik uğrunda yarışacaqlar.
O.Hətəmxanova mübarizəyə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarının təsnifat mərhələsindən başlayacaq. Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İ.Aşumova isə 25 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışlarında qüvvəsini sınayacaq.

AzərTAc

Xəbər 1198 dəfə oxundu.