«Çelsi»nin Oskarı
Transfer mövsümünə sürətli girən «Çelsi», Eden Hazar və Marko Marinin ardından Braziliyanın «İnternasional»ından Oskarı da sıralarına qatıb.
İdman.com.az saytının məlumatına görə, Braziliyanın olimpiya yığmasında yer alan 20 yaşlı futbolçu önümüzdəki mövsümdən etibarən London klubunun formasını geyinəcək. Oskarın transferi üçün «Çelsi»nin büdcəsindən təxminən 25 milyon funt sterlinq çıxaraılacağı qeyd edilir. Braziliyalı ötən il ölkəsinin 20-yaşlılar yığması ilə dünya çempionluğu yaşamışdı.

Xəbər 1041 dəfə oxundu.