Tərlan Kərimovdan uğur gələcəkmi?
London Yay olimpiya oyunlarının 2-ci günü Azərbaycan millisinin daha bir cüdoçusu Tərlan Kərimov (66 kq) tatamiyə çıxacaq. İdman.com.az saytının məlumatına görə, ilk mərhələdən azad olan həmyerlimiz 1/16 finalda rusiyalı Musa Moquşkovla qarşılaşacaq.

Həmyerlimiz Bakı vaxtı ilə saat 14:12-də başlayacaq görüşdə qalib gələcəyi halda, növbəti mərhələdə Əhməd Avad (Misir) – Humayd Alderey (BƏƏ) cütünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, olimpiadaya 8 cüdoçu ilə yollanan yığmamızın heyətində hələlik İlqar Müşkiyev (60 kq) çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub.

Xəbər 1775 dəfə oxundu.