Güləşçimiz Elis Manolova Avropa çempionatına qələbə ilə başlayıb
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın üçüncü günündə qadın güləşçilər mübarizə qoşulublar.
Güləşçilərimizdən Elis Manolova qitə birinciliyinə qələbə ilə başlayıb. Turnirdə 68 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz isveçli Tindra Syoeberqə qalib gələrək dörddəbir final mərhələsinə yüksəlib. İdmançımızın rəqibi Türkiyə təmsilçisi Nesrin Bas olacaq.

Digər güləşçilərimiz Mariya Stadnik (50 kq) və Səbirə Əliyeva (76 kq) mübarizəyə dörddəbir final mərhələsindən başlayacaqlar.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.


Xəbər 363 dəfə oxundu.