Töre 4 il Kazanda
Almaniya «Hamburq»unun üzvü Göyxan Töre Rusiyanın «Rubin» komandasına transfer olunub. İdman.com.az saytının məlumatına görə, Göydəniz Qaradənizin də formasını geyindiyi Kazan klubu 20 yaşlı türk futbolçusu ilə 4 illik müqavilə imzalayıb. Onun «Rubin»ə 5 milyon Avro müqabilində transfer olunduğu məlum olub. Göyxanın komandada 55 nömrəli formanı geyəcəyi bildirib.

Xəbər 1095 dəfə oxundu.