Varşavada güləş üzrə Avropa çempionatı davam edir | |
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın ikinci günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar. Millimizin üzvü Əhmədnəbi Qvarzatilov (61 kq) startda Almaniya güləşçisi Viktor Lizeni vaxtından əvvəl qalib gəlib. Dörddəbir final mərhələsinə yüksələn güləşçimizin rəqibi ukraynalı Andrey Celep olacaq. Əşrəf Aşırov (74 kq)üçün Avropa çempionatında debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarı Fazlı Eryılmaza minimal fərqlə uduzub. Güləşçimiz Hacımurad Məhəmmədsəidov (86 kq) səkkizdəbir finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub. Osman Nurməhəmmədov (92 kq) ilk görüşdə alman güləşçi Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayev ilə qarşılaşacaq. Qeyd edək ki, millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar. |
|
Xəbər 461 dəfə oxundu. |
|
|