Olimpiadaya yollanan türk boks mütəxəssisləri Londonda vəfat ediblər

Türkiyə Boks Federasiyasının rəhbəri Bayram Altuq vəfat edib. London Olimpiadasına Beynəlxalq Boks Federasiyasının hakimlər komissiyasının nümayəndəsi kimi yollanan Altuğun meyiti oteldəki otağında tapılıb. Onun ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilir.

Xatırladaq ki, bu, London Olimpiadasında ikinci türkiyəlinin ölümüdür. Altuqdan əvvəl 73 yaşlı boks hakimi Qarip Erkuyumçu dünyasını dəyişmişdi.


Olimpiya.az

Xəbər 1064 dəfə oxundu.