UEFA Avropa Liqasının tarixində bir ilk yaşanıb
UEFA Avropa Liqasının tarixində bir ilk yaşanıb. İdman.com.az saytının məlumatına görə, ilk dəfə olaraq qitənin ikinci dərəcəli turnirinin üçüncü təsnifat mərhələsində Azərbaycan təmsilçisi olmayacaq.

Qeyd edək ki, 2009-cu ildən etibarən Avropa Liqası adını daşıyan turnirdə elə həmin dövrdən etibarən “Qarabağ” hər mövsüm ən azı üçüncü təsnifat mərhələsinə vəsiqə qazanırdı. Amma bu il Azərbaycanı Avroliqada təmsil edən “Bakı” çıxışını elə ilk mərhələdə başa vurmaq məcburiyyətində qaldı. “İnter”lə “Xəzər Lənkəran” isə ikinci mərhələdə məğlubiyyətlə üzləşdi.

Xəbər 1079 dəfə oxundu.