London Olimpiadasının açılış mərasimi baş tutmamış ilk dopinq qalmaqalı aşkara çıxıb
London Olimpiadasının açılış mərasimi baş tutmamış ilk dopinq qalmaqalı aşkara çıxıb. İdman.com.az saytının məlumatına görə, Yunanıstan Olimpiya yığmasının təkanla tullanma üzrə atleti Dimitris Hondrokukis Böyük Britaniya paytaxtında çıxış edə bilməyəcək. Buna səbəb 2012-ci ildə dünya çempionu olan 24 yaşlı idmançının qanında istifadəsi qadağan olunmuş dərman preparatının tapılmasıdır.

Bu haqda Dimitrisin atası və eyni zamanda məşqçisi olan Kiriakos Hondrokukis məlumat verib: “Dimitrisin stenazololdan verdiyi dopinq-test müsbət nəticə verib. Ancaq bu mümkün deyil. Əminəm ki, oğlum belə qadağan olmuş maddələri qəbul etməyib. Bu olsaydı, mən də bilərdim. Ona görə də B dopinq-testin olmasını istəmişik”.

Qeyd edək ki, Olimpiadanın rəsmi açılış mərasimi bu gün yerli vaxtla rəmzi olaraq saat 20:12-də (Bakı vaxtı ilə saat 00:12) başlayacaq.

Xəbər 1261 dəfə oxundu.