Avqustun 2-də və 9-da Avropa Liqasının III təsnifat mərhələsinin oyunları keçiriləcək
Avqustun 2-də və 9-da Avropa Liqasının III təsnifat mərhələsinin oyunları keçiriləcək. Bu turnirdə mübarizəyə başlayan Azərbaycan təmsilçiləri “Xəzər Lənkəran, “Bakı”, “İnter” “üçlüy”ü artıq mübarizəni dayandırdığından mərhələ bizimkilərsiz keçəcək. İdmna.com.az saytının məlumatına görə, belə hadisə Avropa Liqası tarixində ilk dəfə qeydə alınır.

Məsələ ondadır ki, 2009-cu ildən Avropa Liqası adı alan turnirin III təsnifat mərhələsində hər dəfə Azərbaycan təmsilçisi olurdu. 2009/10 mövsümündə “Qarabağ” Finlandiya “Honka”sını III təsnifat mərhələsindən kənarlaşdırmışdı. 2010/11 mövsümündə isə həmin mərhələdə “Qarabağ” Polşa “Visla”sına gücünü göstərmişdi. Ötən mövsüm isə “Qarabağ” həmin mərhələdə Belçika “Brügge”sinə uduzmuşdu.

Bir sözlə, Avropa Liqasının əvvəlki 3 mövsümündə “Qarabağ” III təsnifat mərhələsində yeganə təmsilçimiz olmuşdu. Bu dəfə isə nə turnirdə “Qarabağ” var, nə də III təsnifat mərhələsində Azərbaycan klubu.

Xəbər 930 dəfə oxundu.