Səudiyyə Ərəbistanın Olimpiya yığmasının cüdoçusu Londonda problemlə qarşılaşıb
Səudiyyə Ərəbistanın Olimpiya yığmasının cüdoçusu Vocan Əli Seraj Əbdülrəhim Şaherxani Londonda problemlə qarşılaşıb. İdman.com.az saytının məlumatına görə, idmançı tatamiyə hicabsız çıxmaq məcburiyyətində qalıb.

Avqustun 3-də ağır çəkidə döyüşəcək Şaherxaninin belə çıxış etməli olmasına Beynəlxalq Cüdo Federasiyasının prezidenti Mariuş Vizer də münasibət bildirib: “O, tatamiyə baş örtüksüz çıxacaq. Bu cüdonun prinsiplərinə və ruhuna uyğundur. Yəni, idmançı hicabsız olmalıdır”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlara uzun müddət idman yarışlarında çıxış etməyə qadağa qoyulmuşdu. Ölkənin dini meylli liderlərinin fikrincə, idmançı olmaq qadınların təbiətinə ziddir.

Xəbər 1199 dəfə oxundu.