Lukaş Tralka: “Zədə üzündən 3 həftə komandadan ayrı düşmüşdüm"
“Zədə üzündən 3 həftə komandadan ayrı düşmüşdüm. Sevinirəm ki, qayıdışım qələbə ilə əlamətdar oldu”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Lukaş Tralka deyib”

O, Avropa Liqasının II təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunundakı 1:0 hesablı qələbənin sirrini açıqlayıb: “Bizim “Xəzər Lənkəran”la oyunda nə edəcəyimiz bilirdik. Erkən qol vurmalı idik. Yaxşı ki, bu da alındı. Amma qarşıdakı oyunlarda belə olmayacaq. O biri rəqiblərə daha çox qol vuracağıq”.

Xəbər 945 dəfə oxundu.