Olimpiadanın qızıl medalını qazanan hər bir güləşçiyə “Porsche Cayenne” avtomobili hədiyyə ediləcək
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Babək Babayevin rəhbərlik etdiyi “Yeni HƏYAT” Şirkəti Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında iştirak edən güləşçilərimiz üçün növbəti hədiyyəsini açıqlayıb. İdman.com.az saytının xəbərinə görə, Olimpiadanın qızıl medalını qazanan hər bir güləşçiyə “Yeni HƏYAT” tərəfindən “Porsche Cayenne” avtomobili hədiyyə ediləcək.
Xatırladaq ki, hələ 2004 – Afina və 2008 – Pekin Olimpiadalarında da “Yeni HƏYAT” medal qazanan güləşçiləri mənzil və avtomobillərlə mükafatlandırmışdı.

Xəbər 1157 dəfə oxundu.