“Qarabağ” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu keçirib
Ağdamın “Qarabağ” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu keçirib. İdman.com.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Bolu ahzırlığında meydan sahibləri ilə görüşüb. “Boluspor”la oyun “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Təmsilçimizin yeganə qolunu Riçard Oliveyra vurub.

Xəbər 1155 dəfə oxundu.